Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 72 milyon 200 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 5 milyon 86 min dollar və ya 7.6% artıb.
2024-cü ilin yanvar-iyun aylarında ölkəyə 67 milyon 114 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, birinci rübdə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.63% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!