Azərbaycanın İtaliyaya neft satışından qazancı 8 dəfədən çox artıb | Banco.az

Azərbaycanın İtaliyaya neft satışından qazancı 8 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar ayında İtaliyaya 932 milyon 715 min dollar dəyərində 1.7 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 822 milyon 169 min dollar və ya 8.4 dəfə artıb.

İtaliyaya neft ixracının həcmi də ötən ilin yanvar ayına nisbətdə 9.4 dəfə artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 179.2 min ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram