Müəllif: Gülnar Əhmədli, Banco.az
İndoneziya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 72 milyon 131 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 106 milyon 332 min dollar və ya 59,6% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 130 min 925 ton olub. Bu isə illik müqayisədə 179 min 908 ton və ya 57,9% azdır.
Qeyd edək ki, 2025-ci ilin 11 ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
