Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi artıb | Banco.az

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 2023-cü ildə 885 milyon 826 min dollar təşkil edib.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 114.1 milyon dollar və ya 14.8% çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 126 milyon 381 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Gürcüstana ixracı isə 759 milyon 444 min dollara bərabər olub.

2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 771 milyon 781 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram