Azərbaycanın Çin məhsullarının idxalını 22%-dən çox artırıb | Banco.az

Azərbaycanın Çin məhsullarının idxalını 22%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2025-ci ilin yanvar-noyabr aylarında 4 milyard 213 milyon 737 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 816 milyon 112 min dollar və ya 24% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 4 milyard 129 milyon 692 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 749 milyon 457 min dollar və ya 22,2% çoxdur. 

Qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3,4 milyard dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram