Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2026-cı ilin yanvar ayında 80,1 mln. manat xalis mənfəət, 155 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 12,8%, əməliyyat mənfəəti isə 26,5% artıb.
Məlumata görə, ötən ay banklar tərəfindən 32.5 mln. manat (37,1% çox) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
