Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşu illik müqayisədə 72% və ya 23 milyon 544 min dollar artaraq 56 milyon 230 min dollara çatıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Ötən ilin yanvar-iyun aylarında Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşu 32 milyon 686 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!