Azərbaycanda istifadədə olan "Tesla" markalı avtomobillərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə 1 144 Tesla markalı minik avtomobili qeydiyyatdadır.
Qeyd edək ki, həmin tarixə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Beləliklə, "Tesla" markalı avtomobillər ölkənin ümumi minik avtomobili parkının təxminən 0,07 faizini təşkil edir.
Tesla 2003-cü ildə ABŞ-də yaradılıb və hazırda dünyanın ən tanınmış elektromobil istehsalçılarından biridir. Şirkət xüsusilə "Model Y" və "Model 3" avtomobilləri ilə tanınır. Bu modellər son illərdə dünyanın ən çox satılan elektrik avtomobilləri arasında yer alıb.
modern.az
