Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-may aylarında 5 milyard 642 milyon 731 min ABŞ dolları dəyərində 10 milyon 363 min 108 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8% azalıb, neftin həcmi isə 5% artıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 51,29% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!