Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri artıb | Banco.az

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-oktyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 809 milyon manatlıq əməliyyat aparıblar.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0.1% çoxdur. 

Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 807 milyon manata bərabər olub.

Məlumata görə, təkcə bu ilin oktyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 203,6 milyon manat təşkil edib. Bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 36,6% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram