Azərbaycanda qızıl və gümüş istehsalı artıb | Banco.az

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 113,4 kiloqramı qızılın, 2 746,1 kiloqramı isə gümüşün payına düşüb.  

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,1%, gümüş istehsalı isə 33,2% artıb.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 114,5 kiloqram hazır qızıl, 577 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram