Azərbaycanda pul bazası 3%-dən çox artıb | Banco.az

Azərbaycanda pul bazası 3%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda pul bazası cari ilin 26 may tarixinə 24 milyard 105.6 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu ilin mayın əvvəli ilə müqayisədə 3,4% çoxdur.

Qeyd edək ki, pul bazası 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8% artıb. Ötən ilin eyni dövründə pul bazasının həcmi 20 milyard 629.7 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram