Azərbaycanda kərə yağı istehsalı 3%-dək azalıb | Banco.az

Azərbaycanda kərə yağı istehsalı 3%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-aprel aylarında ölkədə 8 689,6 ton ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır.

Banco.az xəbər verir ki, bu ilin 1 may tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 25,9 ton olub.

Hesabat dövründə ölkədə 14 025,4 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram