Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-oktyabr aylarında 50 milyon 698 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 234 min manat və ya 19,4% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1 milyon 913 min manat və ya 11,6% artaraq 18 milyon 379 min manata çatıb. Ötən ilin yanvar-oktyabr aylarında bu növ üzrə yığımların məbləği 42 milyon 464 min manat, ödənişlərin məbləği isə 16 milyon 466 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!