Bu gün qədər Azərbaycanda 5,1 milyard manat ipoteka krediti verilib.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 70 %-i və yaxud 3,5 milyard manatı Fondun (dövlət) xətti ilə 54,8 min şəxsə, 1,6 milyard manatı isə bankların daxili ipoteka proqramları üzrə 12,9 min şəxsə verilib.
R.Abdullayev əlavə edib ki, bu ilin I yarısında Fondun verdiyi ipoteka kreditlərinin orta məbləği 102 340 manat, kreditlə əldə edilmiş yaşayış sahələrinin orta dəyəri 155 708 manat, kreditin orta müddəti 291 ay, kreditin orta faiz 6,4 %, kreditə görə orta aylıq ödəniş 727 manat, borcalanaların orta yaşı isə 34 olub.