Azərbaycanda geyim istehsalı 48%-dək azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda geyim istehsalı 48%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında geyim istehsalı azalıb. Belə ki, ötən ilk 5 ayda 44 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə geyim istehsalında 47,7% azalma müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 225,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram