Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında geyim istehsalı azalıb. Belə ki, cari ilin 8 ayında ölkədə 64,6 milyon manat dəyərində geyim istehsal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 37,5% və ya 38,8 milyon manat azalma müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
