Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr hansılardır? | Banco.az

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin fevral ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 41,25 faiz payla "Instagram" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 21,65 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 17,44 faiz göstərici ilə "Pinterest" qərarlaşıb.

"Youtube" istifadəçilərinin fəallığı ötən ay 11,43 faizə bərabər olub.

"X"ın payı 4,04 faiz, "Reddit" 1,83 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 1,45 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram