Azərbaycanda əmanətlərin sığortalanması sisteminin əhatə dairəsi genişləndirilir | Banco.az

Azərbaycanda əmanətlərin sığortalanması sisteminin əhatə dairəsi genişləndirilir

"Azərbaycanda əmanətlərin siğortalanması sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, əmanətlərin siğortalanması sisteminin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.