Azərbaycanda 2025-ci il üzrə ipoteka üçün limitlər ayrılıb | Banco.az

Azərbaycanda 2025-ci il üzrə ipoteka üçün limitlər ayrılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə  Fonddan bildirilib.

    Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.

    ADİ ipoteka kreditləri üzrə:

    06.02.2025-ci il tarixində saat 10:00-dan.

    GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

    07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

    Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.

    Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

    apa