Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da cari hesab kəsiri ilin birinci rübündə 44,3 faiz artaraq 450,2 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar-mart dövrünə aid cari əməliyyatlar balansı göstəricilərini açıqlayıb.
Buna görə, ölkənin cari əməliyyatlar kəsiri bu ilin ilk rübündə əvvəlki rüblə müqayisədə 44,3% artaraq 450,2 milyard dollara yüksəlib.
Bu dövr üçün bazarların cari kəsirlə bağlı gözləntisi 448 milyard dollar səviyyəsində idi.
ABŞ-da ötən ilin son rübünə dair cari kəsir göstəricisi isə əvvəlki 303,9 milyard dollardan 312 milyard dollara yenilənib.
Ölkənin cari kəsirinin ÜDM-yə (ümumi daxili məhsula) nisbəti isə bu ilin ilk rübündə 6% olaraq hesablanıb. Sözügedən göstərici ötən ilin son rübündə 4,2% səviyyəsində idi.
Cari əməliyyatlar kəsirində bu dövrdə baş verən artımda əsasən mal ticarətindəki kəsirin böyüməsi rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!