Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4 milyard 736 milyon 63 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə bunlar olub:
|
Ölkələr |
Məbləğ (dollar) |
|
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı |
1,2 milyard |
|
Türkiyə |
911,9 milyon |
|
Kipr |
543 milyon |
|
İsveçrə |
284 milyon |
|
İran |
272 milyon |
|
Macarıstan |
260,6 milyon |
|
BƏƏ |
257,7 milyon |
|
Rusiya |
181,2 milyon |
|
Yaponiya |
172,1 milyon |
|
ABŞ |
133,2 milyon |
|
Fransa |
94,4 milyon |
Bizi sosial şəbəkələrdən izləyin!!
