Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Xorvatiyaya 634 milyon 648 min dollar dəyərində 1 milyon 187 min 551 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 207 milyon 991 min dollar və ya 24,7% azalıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 13,6% azalıb. Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub.
Qeyd edək ki, ötən ilin 10 ayında idxal edilən neftin dəyəri 842 milyon 638 min dollar, miqdarı isə 1 milyon 374 min 573 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
