Azərbaycan təbii qaz ixracından nə qədər qazanıb? | Banco.az

Azərbaycan təbii qaz ixracından nə qədər qazanıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında ölkədən 2 milyard 338 milyon 620 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 870 milyon 82 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 21,1%, dəyər baxımından isə 17,6% artıb. 

Qeyd edək ki, yanvar ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 28,64% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram