Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında Azərbaycana 17 milyon 923 min ABŞ dolları dəyərində 9 min 608 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 2 603 ton və ya 37,2%, dəyəri isə 6 milyon 564 min dollar və ya 57,8% artıb.
Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 11 milyon 359 min dollar dəyərində 7 min 5 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
