Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 159.8 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 17.8 milyon dollar və ya 12.5% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında pomidor ixracının ümumi dəyəri 142 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (38.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
