Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 102 ölkə arasında 74,11 MB/S sürətlə 52-ci yerdə qərarlaşıb. Azərbaycan fevral (71,01 MB/S) ayı ilə müqayisədə mövqeyində 3 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 1 pillə geriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 73,60 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!