Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 104 ölkə arasında 79,94 MB/S sürətlə 53-cü yerdə qərarlaşıb. Azərbaycan sentyabr ayı ilə müqayisədə mövqeyində 1 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 156 ölkə arasında 84-cü yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 1 pillə güriləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 84,82 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
