Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyun aylarında 415 milyon 753 min dollar dəyərində 402 min 396 ton meyvə-tərəvəz ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24,3% (81 milyon 195 min dollar), miqdarı isə 25% (80 min 498 ton) artıb.
2024-cü ilin eyni dövründə Azərbaycandan 334 milyon 558 min dollar dəyərində 321 min 898 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,23%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 23,70%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!