Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılır | Banco.az

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 50 dəfə artırılır

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.