Azərbaycan İtaliyaya neft ixracını 29%-dək artırıb | Banco.az

Azərbaycan İtaliyaya neft ixracını 29%-dək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İtaliya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 6 milyard 524 milyon 605 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 383 milyon 72 min dollar və ya 6,2% çoxdur.

Hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 28,5% artaraq 12 milyon 670 min 719 tona çatıb. 

Qeyd edək ki, bu dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. Hesabat ayları ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 11 milyard 242 milyon 803 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram