Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-mart aylarında 62 milyon 245 min ABŞ dolları dəyərində 287 min 995 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübü (yanvar-mart ayları) ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 29,5%, həcmi isə 35,9% artıb.
Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 48 milyon 74 min dollar, miqdarı isə 211 min 966 ton olub
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216.1 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (226.8 dollar) ilə müqayisədə 4,7% və ya 10.7 dollar azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!