Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iqtisadiyyatına 234 milyon 500 min ABŞ dolları investisiya yatırıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 206 milyon 685 min ABŞ dollar və ya 8,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 21,1% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkə olub.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
