Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ilin birinci yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2024-cü ilin birinci yarısında 76,6 milyon manat xalis mənfəət əldə etmişdilər.
Məlumata görə, bu ilin 1 iyul tarixinə BOKT-ların aktivləri 963,4 milyon manat olub. Bu da illik müqayisədə 109,4 milyon manat və ya 12,8% çoxdur.
Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 6,8% artaraq 512,5 milyon manata, balans kapitalı isə 20,5% artaraq 450,8 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!