Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-oktyabr aylarında BƏƏ-yə 91 milyon 690 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 45 milyon 484 min dollar və ya 2 dəfə çoxdur.
Ötən ilin eyni dövründə BƏƏ-yə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 46 milyon 206 min dollar təşkil edib.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (968,9 milyon dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!
