Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb | Banco.az

Azərbaycan banklarının xarici öhdəlikləri kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi martın 1-nə 7 511,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, fevralın 1-nə olan göstərici ilə müqayisədə 560,4 mln. manat və ya 6,94% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 99,7 mln. manat və ya 1,35% artıb.

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin fevral ayında azalması manatın bahalaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin mart ayında da dolların kəskin ucuzlaşması səbəbindən azalacağı proqnozlaşdırılır.