2025-ci ildə Azərbaycan banklarının biznes kreditləri portfeli 16 milyard 106,3 milyon manata çatıb.
Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 319,1 milyon manat və ya 8,9% artım deməkdir.
Belə ki, ötən ilin eyni dövründə bankların biznes kreditləri portfeli 14 milyard 787,2 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da artımı təsdiqləyir. Ötən ilin sonu (14 milyard 787,2 milyon manat) ilə müqayisədə artım 1 milyard 319,1 milyon manat (8,9%) təşkil edib. Aylıq müqayisədə isə (noyabr ayı ilə müqayisədə) portfel 301,5 milyon manat (1,9%) böyüyüb.
Xatırladaq ki, bankların biznes kreditləri portfeli ötən ilin dekabrın 1-nə 15 milyard 804,8 milyon manat, 2024-cü ilin sonunda 14 milyard 787,2 milyon manat təşkil edirdi.
