Azərbaycan bankları ötən il 600 mln. manatdan çox dividend ödəyib | Banco.az

Azərbaycan bankları ötən il 600 mln. manatdan çox dividend ödəyib

Azərbaycan bankları 2023-cü ildə 456 mln. manat, 2024-cü ildə isə 610 mln. manat dividend ödənişi həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

AMB qeyd edib ki, bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub.

Ən sərfəli kredit üçün müraciət et

apa