Azərbaycan 1,3 milyard dollarlıq yeyinti məhsulları idxal edib | Banco.az

Azərbaycan 1,3 milyard dollarlıq yeyinti məhsulları idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyun aylarında 1 milyard 279 milyon 140 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% və ya 147 milyon 657 min dollar artıb.

Məlumata görə, 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 131 milyon 483 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 11,10% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram