Müəllif: Gülnar Əhmədli, Banco.az
Azər Türk Bank-ın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 828 milyon 184 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 milyon 717 min manat və ya 2,7% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 351 milyon 285 min manat, biznes kreditləri portfeli 263 milyon 186 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 213 milyon 713 min manat təşkil edib.
İllik müqayisədə bankın istehlak kreditləri 43 milyon 327 min manat və ya 14,1%, daşınmaz əmlak kreditləri isə 11 milyon 19 min manat və ya 5,44% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
