Azər Türk Bank “Abşeron” ticarət mərkəzində filial açdı | Banco.az

Azər Türk Bank “Abşeron” ticarət mərkəzində filial açdı

Dövlət bankı Azər Türk Bank ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində işlərini davam etdirir.

Belə ki, Bank kiçik və orta təsərrüfat subyektlərinin kreditlərə əlçatanlığını artırmaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən “Abşeron” ticarət  mərkəzində “KOB ofisi” filialını müştərilərin ixtiyarına verib.

Filialda kiçik və orta biznes kreditləri əldə etmək istəyən sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsi həyata keçirilməklə, digər bank xidmələri də göstərilir.

Bankın bütün rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir.

Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətində olacaq. atb kart sahibləri burada təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.

Müasir tipli bu yeni ofis “Abşeron” ticarət mərkəzində, 1-ci sıra, 6-cı korpusda  yerləşir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.