AZAL ixrac gəlirini 12%-dək azaldıb | Banco.az

AZAL ixrac gəlirini 12%-dək azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-avqust ayları ərzində 8.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 1.1 milyon ABŞ dolları və ya 11.8% azdır.

Qeyd edək ki, AZAL 2025-ci ilin yanvar-avqust aylarında ixracdan 9.3 milyon ABŞ dolları gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram