Müəllif: Tamara Mustafayeva, Banco.az
AYİB Türkiyənin 2025-ci il üçün artım proqnozunu yüksəldib.
Banco.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, gələn il isə 3,5 faiz artacağını proqnozlaşdırıb.
AYİB fəaliyyət göstərdiyi ölkələri əhatə edən “Regional İqtisadi Perspektivlər” hesabatını açıqlayıb.
Buna görə, bank regional iqtisadi artım proqnozunu 2025-ci ilin may ayında verdiyi 3,0 faizlik göstəricidən 0,1 bənd artıraraq 3,1 faizə yenidən hesablayıb. Sözügedən dəyişiklikdə davam edən qlobal geosiyasi gərginliklər, ixrac bazarlarında Çinin artan rəqabəti və məhdud maliyyə imkanları səbəbindən təzyiqlərin davam etməsi təsirli olub.
AYİB fəaliyyət göstərdiyi ölkələrdə iqtisadi artımın 2026-cı ildə 3,3 faizə yüksələcəyini təxmin edir.
Bank Türkiyə iqtisadiyyatına dair builki artım proqnozunu da 0,3 bənd artıraraq 3,1 faizə qaldırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!