Avtomobillərin icbari sığortası üzrə yığımlar artır | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 69 mln. 411 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4 milyon 96 min manat və ya 6.3% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 4.5% və ya 2 milyon 328 min manat artaraq 53 mln. 946 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 65 mln. 315 min manat, ödənişlərin məbləği isə 51 milyon 618 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram