Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb | Banco.az

Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda  sərnişin daşınmasında artım qeydə alınıb.

Banco.az Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadən xəbər verir ki, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 606 milyon 123 min nəfər təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.9% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilın ilk 4 ayında avtobuslardan 556 milyon 586.8 min sərnişin istifadə edib.

Əhalinin taksi xidmətlərinə də üstünlük vermə faizi yüksəlib. Bu sahədə sərnişin daşınması 5.7% artaraq 26 milyon 993.8 min nəfərə çatıb.

Metro ilə daşınan sərnişinlərin sayı cəmi 0.9% artımla 74 milyon 18.3 min nəfər olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 73 milyon 324.8 min nəfər səviyyəsində idi.