Avto-icbari sığorta üzrə ən çox şikayət edilən şirkətlər açıqlanıb | Banco.az

Avto-icbari sığorta üzrə ən çox şikayət edilən şirkətlər açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda son 1 ildə (noyabr 2024-oktyabr 2025) avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Atəşgah Sığorta" (1.54 indekslə) olub.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində qeyd edilib.

Məlumata görə, siyahıda "AtaSığorta" (1.45 indeks ilə) ikinci olub. "Xalq Sığorta" (1.17 indekslə) üçüncü olub.

Qeyd edək ki, şikayət indeksinin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram