Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada tikinti istehsalı aprel ayında əvvəlki ayla müqayisədə 1,7 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonaya dair aprelin mövsümi təsirlərdən kənarlaşdırılmış tikinti istehsalı göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, Avrozonada tikinti istehsalı apreldə əvvəlki ayla müqayisədə 1,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3 faiz artıb.
Aİ-də də tikinti istehsalı apreldə əvvəlki ayla müqayisədə 1,4 faiz, ötən ilin aprel ayı ilə müqayisədə isə 2,5 faiz artım göstərib.
Aİ ölkələri arasında apreldə tikinti istehsalında əvvəlki aya nisbətən ən yüksək artım Macarıstanda 5,3 faiz, İspaniyada 4,3 faiz və Sloveniya da 4 faizlə qeydə alınıb. Ən böyük azalma isə Çexiyada 5 faiz, Danimarkada 0,9 faiz və Polşada 0,8 faiz olub.
Tikinti istehsalı illik müqayisədə İspaniyada 14,7 faiz, Bolqarıstanda 7 faiz və Belçikada 6,6 faiz artarkən, Sloveniya da 5,9 faiz, Polşada 4,3 faiz və Slovakiyada 2,1 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!