Avrozonada işsizlik səviyyəsi artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avrozonada işsizlik səviyyəsi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı işsizlik göstəricilərini yayımlayıb.

Banco.az xəbər verir ki, hesabata görə, Aİ-də iyul ayında 5,9% olan mövsümi təsirdən təmizlənmiş işsizlik nisbəti avqust ayında dəyişməyib.

Avrozonada isə iyulda 6,2% olan işsizlik nisbəti avqustda 6,3%-ə yüksəlib.

Ötən ilin avqust ayında işsizlik nisbəti Avrozonada 6,3%, Aİ-də isə 5,9% olaraq qeydə alınmışdı.

Avqust ayında işsizlik nisbəti İspaniyada 10,3%, Finlandiyada 9,8%, İsveçdə 8,7%, Estoniyada 8,2% və Yunanıstanda 8,1% olub.

Aİ-də işsizlərin sayı avqust ayında 13 milyon 89 min nəfər olaraq hesablanıb, bunların 10 milyon 842 mini isə Avrozonada yerləşib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram