Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozona 2024-cü ilin son rübündə 0,2 faizlə proqnozlardan çox artım göstərib.
Banco.az xəbər verir ki, Avrozona iqtisadiyyatı istehlakçı xərcləri və investisiyaların dəstəyi ilə proqnozları üstələyən bir artım qeydə alıb.
Avrozona ötən ilin son rübündə 0,2% böyüyüb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar bu dövrdə iqtisadi artımın 0,1% olacağını proqnozlaşdırırdılar.
Rüblük əsasda da artım 1,2% təşkil edərək gözləntiləri üstələyib.
Regionda ixrac və idxal dördüncü rübdə 0,1% azalıb. Bununla yanaşı, özəl istehlak, dövlət xərcləri və investisiyalarda artım müşahidə olunub.
Avrostat həmçinin məşğulluq artımının dördüncü rübdə azalaraq əvvəlki üç aylıq dövrdəki 0,2%-dən 0,1%-ə düşdüyünü açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!