Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya iqtisadiyyatı 2023-cü ildə pandemiyadan sonra ilk dəfə daralıb.
Banco.az xəbər verir ki, Almaniya Statistika Təşkilatının (Destatis) məlumatlarına görə, ölkə iqtisadiyyatı 2023-cü ildə proqnozlara uyğun olaraq 0,3 faiz daralıb.
İqtisadiyyat 2023-cü ilin son rübündə isə 0,3 faiz kiçilib.
Rusiyanın Ukrayna ilə müharibəsindən sonrakı enerji şokunun nisbətən nəzarətdə saxlanıla biləcəyinə dair gözləntilər fonunda Almaniya iqtisadiyyatı ilə müsbət tendensiyada başlasa da, lazımi sürətə çata bilməyib. Belə ki, iqtisadiyyatda gözlənilən sürətlənmə ilin ikinci yarısında reallaşmamış və inflyasiyanın azalmasına baxmayaraq, artım zəif olaraq qalmışdır.
Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatı təchizat problemləri, enerji böhranı və Ukrayna-Rusiya müharibəsinə baxmayaraq 2022-ci ildə 1,8 faiz artım reallaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!